Şimali Atlantika Alyansının (NATO) üzvləri Ukraynaya təlim keçmək və təchiz etmək üçün Almaniyada yeni komandanlıq elan edəcəklər.
Oxu24.com xəbər verir ki, bunu Amerika prezidentinin xüsusi köməkçisi və ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə direktoru Maykl Karpenter deyib.
Karpenter brifinqdə deyib ki, sammitdə müttəfiqlər Ukraynanı dəstəkləmək üçün yeni tədbirləri - Almaniyada NATO-nun yeni hərbi komandanlığının yaradılmasını elan edəcək.
O vurğulayıb ki, müttəfiqlər 2025-ci ildə hava hücumundan müdafiə sistemlərini gücləndirmək və 40 milyard dollar məbləğində maliyyə yardımı göstərməklə bağlı Ukraynaya öhdəliklər verəcək.
Bundan əvvəl bildirilmişdi ki, NATO üzvləri Donald Trampın ABŞ prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukraynaya dəstək vermək planı hazırlayıblar. Plan üç əsas məqamdan ibarətdir.
Potensial münaqişələri azaltmaq üçün Trampla münasibətləri yaxşılaşdırmaq, Avropada müdafiə xərclərini artırmaq və Trampın NATO işlərinə müdaxiləsindən qorunmaq üçün yeni tədbirlər hazırlamaq.
Bundan əvvəl ABŞ NATO-dakı ixtilaflara görə Ukraynanın gələcəyindən ehtiyat edirdi.
Nigar
Oxu24.com
ŞƏRHLƏR