Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113951
az

USAID rəhbəri Ermənistana səfər edəcək

21:3508 İyul, 2024
64
DÜNYA
  • A

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) rəhbəri Samanta Pauer iyulun 8-11-də Ermənistana səfər edəcək.

 

Oxu24.com xəbər  verir  ki,  ABŞ-ın Yerevandakı səfirliyi məlumat yayıb. Bildirilir ki, səfər zamanı o, USAİD-in ölkədə aparılan islahatlara dəstəyini təsdiq edəcək.

 

Səfər zamanı Pauer Ermənistanın yüksək rütbəli hökumət rəsmiləri, biznes ictimaiyyətinin rəhbərləri, gənclər və media nümayəndələri ilə görüşəcək.

 

Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) Amerika Birləşmiş Ştatlarının “xaricdə yardımın göstərilməsi” sahəsində ən yüksək federal hökumət qurumudur. Agentliyin Administratoru və onun müavini Senatın razılığı ilə Prezident tərəfindən təyin edilir və ABŞ Dövlət Katibi ilə razılaşdırılaraq fəaliyyət göstərir.

 

Miri

 

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Stoltenberqin optimist bəyanatı
Lukaşenko ölkədə fəlakətə normal reaksiya verilməməsini tənqid edib