Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113941
az

Nicat Lənkəranskini öldürməyə cəhd edənlərin apellyasiya məhkəməsibaşlayır

16:2608 İyul, 2024
74
KRİMİNAL
  • A

Bakıda "Nicat Lənkəranski" ləqəbi ilə tanınan Nicat Əkbərovu öldürməyə cəhddə təqsirləndirilən Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədov barələrində olan hökmdən apellyasiya şikayəti veriblər.

Bu barədə  təqsirləndirilən şəxslərdən biri olan Vüqar Quliyevin vəkili Hikmət Əliyev məlumat verib

Belə ki, şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib və V.Quliyevin barəsində bəraət hökmünün çıxarılması istənilib.

İş Bakı Apellyasiya Məhkəməsinin hakimi Emin Əliyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələki məlum deyil.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər məhkəməsində verilən hökmə əsasən, təqsirləndirilən şəxslər - Şahmar İsmayılov 13 il 6 ay, Vüqar Quliyev 12 il 6 ay və Ramal Məmmədov isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin martında paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş verib.

İstintaqla müəyyən edilib ki, Şahmar İsmayılov, Vüqar Quliyev, Ramal Məmmədov bir qrup şəxs halında sifarişlə Nicat Əkbərovu öldürmək məqsədilə qeyd olunan ünvanda qanunsuz əldə olunmuş odlu silahdan atəş açıblar.

Nicat Lənkəranskinin atəşdən yayınması nəticəsində təsadüfən hadisə yerində olan Tamerlan Hüseynov və Fəqan Rəhimli müxtəlif xəsarətlər alıblar.

Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədova qarşı Cinayət Məcəlləsinin 29,120.2.1, 29, 120.2.5 (bir qrup şəxs tərəfindən sifarişlə qəsdən adam öldürməyə cəhd), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama) və digər maddələrilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə üç nəfər - Tamerlan Hüseynov, Fəqan Rəhimli və Nicat Əkbərov zərərçəkmiş qismində tanınıb. Zərərçəkmiş, Nicat Əkbərov kriminal aləmdə "Nicat Lənkəranski" adı tanınır. Onun kriminal avtoritet mərhum Rövşən Lənkəransiyə bağlı olduğu bildirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yabanı halda bitmiş çətənə kolları məhv edildi
İsmayıllıda çətənə kolları becərən iki ailənin üzvləri saxlanıldı - FOTOLAR
Ondan kömək istəyən təqaüdçülərin kartlarından oğurluq etdi