İngiltərənin "Çelsi" klubunun qapıçısı Kepa Arrisabalaqa karyerasını Səudiyyə Ərəbistanı Pro Liqasında davam etdirə bilər.
"Report" "Marca"ya istinadən xəbər verir ki, 29 yaşlı qolkiper "Əl-İttihad"dan təklif alıb.
O, yüksək qazanc əldə edə biləcəyi bu təkliflə bağlı qərar vermək üçün vaxt istəyib.
Qeyd edək ki, ötən mövsümü icarə əsasında İspaniyanın "Real" klubunda keçirən və meydanda olduğu 20 matçda 18 qol buraxan K.Arrisabalaqanın "Çelsi" ilə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.
Oxu24.com
ŞƏRHLƏR