Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1139
az

Donvurmadan ölən əsgər şəhid sayılırmı?

15:4827 Aprel, 2018
3727
HÜQUQ
  • A
"Salam. Mənim əmim oğlu 1995-ci ildə Füzuli rayonunun Alxanlı kəndində həlak olub. Amma şəhidlik statusu yoxdur. Ölüm səbəbi kimi əsgəri xidmətdə olarkən donvurmadan ölməsi və dərin şok göstərilib. Bu halda həmin şəxsə şəhidlik statusu düşürmü?"

Vətəndaş Qadir Ağakişiyev bu müraciətlə hüquqi yardım istəyib. Femida.az məsələni qanunvericilik çərçivəsində araşdırıb və mövzuya ekspert vasitəsilə aydınlıq gətirib.

Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilir ki, şəhid anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

Aşağıdakılar şəhid hesab edilirlər:

-Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular;
-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər;
-Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular, ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar;
-Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar;
-1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar şəhid statusuna malikdirlər.



Məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərovun münasibətini öyrəndik. Ekspert Femida.az-a açıqlamasında bildirdi ki, son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahədə bəzi özbaşınalıqlara yol verir:

“Xidməti vəzifələrinin icrası ilə bağlı bütün hallarda, əsgər həlak olubsa, şəhid sayılır. Fərqi yoxdur, düşmənlə döyüşərkən, yaxud minaya düşüb ölüb. Yalnız 2 hal istisnadır. Birincisi, öz-özünü öldürmək, digəri isə içkili vəziyyətdə ölməkdir. Bu halda ona nə dövlət tərəfindən sığorta ödənilmir, nə də şəhidlik statusu verilmir. Yerdə qalan bütün hallarda qanun şəhidlik haqqını tanıyır. Lakin bəzi yerli orqanlar bu qanunu özlərinə uyğun formada dəyişməyə çalışırlar.

Tutaq ki, Füzulidə N saylı hərbi hissənin komandiri zabitə tapşırıq verir ki, Giləzidən mərmi gətirmək lazımdır, Səngəçaldan mina gətirmək lazımdır, yaxud Bakıdan hər hansı vacib sənədi gətirmək lazımdır. Zabit bu zaman yola çıxır və həmin vaxt yolda avtomobil qəzasına düşüb ölür. Bu halda belə ona şəhid adı verilməlidir. Çünki bu şəxs vəzifəsinin icrası zamanı həlak olub. Birbaşa döyüş tapşırığı və döyüş təminatı ilə əlaqəli olan məsələdir.

Ümumiyyətlə, bu məsələlərə bir az da həssas yanaşmaq lazımdır. Kabinetlərdə oturan məmurlar özlərini bir qədər həlak olan əsgərin valideyninin yerinə qoymalıdırlar. Onlar başa düşməlidir ki, bu valideyn övladını dövlətə verib. Övlad isə dövlətə xidmət edərkən, dövlətin müdafiəsi zamanı həlak olub. Fərqi yoxdur biri güllə yarasından, biri donvurmadan, biri bədbəxt hadisə nəticəsində ölür. Şəhid şəhiddir”.

Buradan belə nəticəyə gəlmək olar ki, donvurmadan ölən əsgər döyüş şəraitində olan hərbi hissədə xidməti vəzifəsini icra edərkən həlak olub. Odur ki, məhkəməyə müraciət edərək,şəhidlik statusu verilməsini tələb etmək olar. Buna dair Konstitutsiya Məhkəməsinin Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair Plenumunun qərarı da var (30 dekabr 2008-ci il). Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Başqasının evində pulla qeydiyyata düşənləri gözləyən təhlükə - Video
Yaralı hərbçimiz şəhid oldu - Foto
Yaralı hərbçimiz şəhid oldu - Foto

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ