Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113894
az

Azərbaycanda elektron pullar dövriyyəyə buraxılacaq

10:5908 İyul, 2024
134
İQTİSADİYYAT
  • A

Mərkəzi Bank Azərbaycanda daha bir yerli təşkilata elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim edib.  

Oxu24.com xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, baş bank ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsinin hazırda davam etdiyini açıqlayıb:

"Bu o deməkdir ki, yaxın zamanlarda sözügedən lisenziyaya sahib olan təşkilatların sayı arta bilər. İndiyədək belə lisenziya üçün 20-dən çox elektron pul və ödəniş təşkilatı müraciət edib. "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanuna uyğun olaraq elektron pul təşkilatı elektron pulu emissiya və elektron pul ilə əlaqəli ödəniş əməliyyatlarını icra edən, eyni zamanda lisenziyasında nəzərdə tutulduğu halda digər ödəniş xidmətlərini həyata keçirmək hüququ olan hüquqi şəxsdir. Bu lisenziyanı alan təşkilat elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrasını, ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətini, kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrasını, ödəniş alətlərinin emissiyası və (və ya) ödəniş əməliyyatının ekvayrinqini, pul köçürməsini və s. xidmətləri həyata keçirə bilir.

Deməli, tezliklə Azərbaycanda elektron pulların dövriyyəyə buraxılması mümkün olacaq. Elektron pullar ödəniş sistemini asanlaşdırmaqla yanaşı mərhələli şəkildə gələcəkdə kağız pullardan istifadənin minimumlaşdırılmasına səbəb ola bilər. Bu banklar üçün yeni imkan olmaqla bərabər pul bazarı üçün də yeni məhsul buraxılışıdır. Eyni zamanda, elektron pullar şəffaflığın artırılmasına da xidmət edir. Bu pullar vətəndaşlarımız üçün elektron yığım və hətta pul bazarında əməliyyatlar hesabına gəlir mənbəyinə də çevrilə bilər".

Qeyd edək ki, dünyanın əksər ölkələrində elektron pullardan istifadə olunur və bu sektorun qlobal inkişafı da müşahidə olunur. 2023-cü ildə dünyada digital ödəniş bazarının gəlirləri 111.2 milyard dollar olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Doğum və uşaqlara qulluq müavinətləri   artırıla   bilər
"Beş ildə əmək pensiyalarının orta məbləğini 2 dəfə artırmışıq" -Nazir
Komitə sədri pensiyalarda nə qədər artım  olacağını    açıqladı

Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
“400 minlik yeyintidən xəbərim olmayıb”- Azad Rəhimovun oğlu