Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113867
az

Qarabağ Bəyannaməsində xüsusi bənd: TDT dəstək verəcək

14:1907 İyul, 2024
123
QARABAĞ
  • A

Türk Dövlətləri Təşkilatının Şuşa Zirvəsi türk dünyasının birliyi və XXI əsrin türk dünyası əsri olması istiqamətində atılan ən ciddi addımlardan biri hesab oluna bilər.

OXU24.COM xəbər verir ki, bunu Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal deyib.

A.Camal Şuşa zirvəsinin iki kontekstdə xüsusilə əhəmiyyət daşıdığını vurğulayıb:

“Bu zirvənin hər şeydən öncə siyasi və iqtisadi dividentləri var. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə ilk beynəlxalq əhəmiyyətli tədbir həyata keçirdi və bununla ərazi bütövlüyünün və suverenliyinin əbədi olaraq təmin edildiyini dünyaya nümayiş etdirdi. Bu, siyasi baxımdan əhəmiyyətli amildir. İqtisadi baxımdan isə o torpaqlara həyatın qayıtdığını, təhlükəsizliyin təmin edildiyi və xarici investisiyalar üçün açıq olduğunu göstərdi. Bu, ilk növbədə TDT-yə üzv ölkələri və bu ölkələrdəki özəl şirkətləri Qarabağ bölgəsinə investisiya qoymağa sövq edir, eyni zamanda, beynəlxalq şirkətləri üçün referans rolunu oynayır”.

Politoloq qeyd edib ki, Azərbaycanın cari hədəflərindən biri azad edilmiş ərazilərin minalardan təmizlənməsi və məcburi köçkünlərin ora qayıdışını təmin etməkdir:

“O ərazilərdə basdırılan minaların miqyasını, üstəlik Ermənistanın dəqiq mina xəritələrini vermədiyini nəzərə alanda, mina terroru ilə təkbaşına mübarizə aparmağın çətin və uzunmüddətli olduğu reallığı ortaya çıxır. Rəsmi Bakı mina terroruna qarşı mübarizədə əlavə dəstək əldə etməyə çalışır ki, türk dövlətlərinin artıq bununla bağlı dəstək verəcəyi rəsmiləşdi. Qəbul edilən Qarabağ Bəyannaməsində bununla bağlı ayrıca bənd yer alır”.

A.Camal Şuşa Zirvəsinin Azərbaycana qazandırdığı dividentlərlə yanaşı, türk dünyasının birliyi üçün yeni qapı açdığını da diqqətə çatdırıb:

“Qarabağ Bəyannaməsinin qəbulu və bu sənəddə əksini tapan məsələlər bunu deməyə əsas verir. Xüsusilə vurğulamaq lazımdır ki, geniş gündəliyə sahib olan belə bir sənədin qəbul edilməsi TDT-nin fəaliyyətində ilklərdəndir. Qarabağ Bəyannaməsini TDT tərkibində dərin inteqrasiya və türk birliyinin möhkəmləndirilməsi istiqamətində “Yol Xəritəsi” hesab etmək olar. TDT üzvləri bütün sahələr üzrə birgə fəaliyyətin qurulması hədəfini Şuşada rəsmiləşdirdi”.

Politoloq Qarabağ Bəyannaməsinin detallarına da toxunub. Bildirib ki, bu bəyannamə TDT-nin yeni hədəflərini müəyyənləşdirir:

“Bəyannamə TDT-yə üzv dövlətlərin qarşılıqlı əməkdaşlığının inkişafı, eləcə də beynəlxalq müstəvidə bir-birini dəstəkləmək kimi siyasi gündəliyi formalaşdırır. Ən önəmli məqamlardan biri Orta dəhliz layihəsinin reallaşması istiqamətində birgə səylərin səfərbər edilməsidir. Bəyannamədə bu məqamlar geniş şəkildə öz əksini tapıb. Əslində bu, türk birliyinin Avrasiyanın gələcək siyasi xəritəsində əsas güc mərkəzlərindən biri kimi meydana çıxmasını təmin edəcək amildir. Çünki Avrasiyanın gələcək 50 illik siyasi və iqtisadi xəritəsi nəqliyyat dəhlizləri üzərində qurulacaq və bu prosesdə Orta dəhliz istər Qərb, istərsə yeni qlobal güc kimi önə çıxan Çin üçün ən önəmli layihələrdəndir. Bu layihənin keçdiyi coğrafiyanın türk dövlətləri olduğunu nəzərə alanda, Şuşada imzalanan Qarabağ Bəyannaməsinin qlobal əhəmiyyəti ön plana çıxır. Belə demək mümkünsə, Şuşada TDT-nin qlobal prosesdə yeni aktor olaraq, meydana çıxmasının təməli atıldı”.

A.Camal bütün bu prosesdə Azərbaycan lideri İlham Əliyevin həlledici oyunçu olduğuna diqqət çəkib:

“Prezident İlham Əliyev türk birliyinin qlobal siyasətdə gücə çevrilməsinin xəritəsini hazırlayır və bunu praktiki müstəvidə icrasını təmin edir. Dövlət başçısı çıxışında bəyan etdi ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Və bunun hansı potensialla, hansı siyasəti izləməklə gerçəkləşməsini də açıqladı. Azərbaycan liderinin türk dünyasının birliyi və inkişafı üçün göstərdiyi səyi, həyata keçirdiyi siyasəti TDT üzv ölkələri də təqdir edir. Liderlərin Şuşa zirvəsində Prezident İlham Əliyevlə bağlı dedikləri fikirlər bunun təsdiqidir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeni ili məşhurlarla Qarabağda qarşılamaq bu qiymətə başa gələcək
Gözəlliklər diyarına çevrilən Laçından YENİ FOTOLAR
Qarabağ" - "Lion" oyununda hesab açıldı -CANLI / YENİLƏNİR

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu