Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113847
az

Rusiya şərt qoydu, Ukrayna yenə qarşı çıxdı -Peskovdan REAKSİYA

12:0806 İyul, 2024
404
CƏMİYYƏT
  • A

Qərb liderləri Ukraynadakı münaqişənin həlli üçün Rusiya prezidenti Vladimir Putin tərəfindən irəli sürülən sülh təşəbbüsünə maraq göstərməyib.

OXU24.COM xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Putin öz təşəbbüslərini təxminən 3 həftə əvvəl açıqlayıb. Əsas tezislər arasında Ukrayna ordusunun qondarma DXR, LPR, Xerson və Zaporojye vilayətləri ərazisindən çıxarılması, həmçinin NATO-ya üzvlük kursunun rəsmi şəkildə rədd edilməsi və “bitərəf, bloklara qoşulmayan, nüvəsiz Ukraynanın statusu” yer alıb. Kiyev isə bu təklifi müsbət qarşılamayaraq, onları ultimatum adlandırıb.

Qərb siyasətçilərinin bu təşəbbüslərlə bağlı əlaqə saxlayıb-saxlamaması ilə bağlı suala Peskov mənfi cavab verib.

Peskov bundan əvvəl Ukraynanın Moskvanın qoyduğu şərtlərlə razılaşacağı təqdirdə Rusiyanın danışıqlar prosesinə başlamağa hazır olduğunu bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bağırsaq xərçəngi riskini azaldan qida məhsulu
Həftənin ilk günü hava necə olacaq?
Paşinyandan ETİRAF:"Nə etməli olduğumuz artıq bəllidir"