Türkiyə vətəndaşları UEFA-nın Türkiyə milli futbol komandasının futbolçusu Merih Demiralı iki oyunluq cəzalandırma qərarından məyus olublar.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) "X" hesabında məlumat yayılıb.
"UEFA-nın millimizin futbolçusu Merih Demiralı iki oyunluq cəzalandırdığına görə təəssüf edirik. Ölkə daxilində və xaricdə olan bütün vətəndaşlarımızda dərin məyusluq hissi yaradan bu qərar bəzi Avropa ölkələrində əcnəbilərə qarşı qərəzli münasibətin artdığı barədə fikri gücləndirdi", - departament qeyd edib.
Əlavə edilib ki, beynəlxalq idman tədbirləri cəmiyyətləri və ölkələri bir-birinə daha da yaxınlaşdırmaq üçün təşkil olunur.
14:38
Avropa Çempionatının 1/8 final mərhələsində "bozqurd" işarəsi tutan Türkiyə millisinin futbolçusu Merih Demiral 2 oyunluq cəza alıb.
Bildirilib ki, Türkiyə Futbol Federasiyası (TFF) və Merih Demiral məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.
Bununla da, M.Demiral 1/4 final mərhələsində Niderlanda qarşı oynaya bilməyəcək.
Oxu24.com
ŞƏRHLƏR