Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113812
az

Kreml Putinin Türkiyəyə səfərinin vaxtı ilə bağlı sualı cavablandırıb

19:5505 İyul, 2024
64
DÜNYA
  • A

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin konkret tarixləri iki dövlət başçısının köməkçiləri səviyyəsində razılaşdırılacaq.

 

Oxu24.com RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

O, jurnalistlərə Rusiya liderinin yaxın gələcəkdə Türkiyəyə səfərini gözləyə biləcəyi ilə bağlı suala cavabında deyib: “Konkret tarixləri öz səviyyəmizdə razılaşdıracağıq”.

İyulun 3-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada ŞƏT sammitində Putinlə görüşdə onu Türkiyəyə səfərə dəvət edib.

Türkiyə lideri rusiyalı həmkarı ilə söhbəti zamanı onu “tezliklə” Türkiyəyə gəlməyə çağırıb. Buna cavab olaraq Rusiya Federasiyasının rəhbəri Ərdoğanın dəvətini qəbul etdiyini və yaxın vaxtlarda Türkiyəyə səfər edəcəyini bildirib.

Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov Rusiya Federasiyası ilə Türkiyə arasında münasibətlərdə həll olunmamış problemlərin qaldığını, lakin hər iki ölkənin rəhbərliyinin onları həll etmək üçün siyasi iradəyə malik olduğunu bildirib.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Britaniya NATO qoşunlarının Ukraynada görünəcəyini proqnozlaşdırmışdı
Ermənistan MN-də ABŞ ordusunun təmsilçisi fəaliyyət göstərəcək
Rusiya hərbçiləri 24 saat ərzində Ukraynaya məxsus MiQ-29 təyyarəsini vurub

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qadın cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirmək istədi