Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113806
az

Ərdoğandan “bozqurd”la bağlı cəzaya- Etiraz

16:4405 İyul, 2024
150
DÜNYA
  • A

Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan UEFA-nın futbolçu Merih Demiralla bağlı qərarına etiraz edib.

Oxu24.com xəbər verir ki, Prezident Qazaxıstandan qayıdarkən jurnalistlərin suallarını cavablandırıb.

O, “bozqurd” işarəsini fransız və almanların formalarında olan işarələrlə müqayisə edib: “Almanların formalarında qartal var, amma kimsə nəsə demir. Kimsə demir ki, fransızların formasında xoruz var. Onlara niyə xoruzlanırsınız, deyilirmi? Merih sadəcə sevincini bu cür qeyd edib. Məsələ ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi onların səlahiyyətli şəxsləri ilə danışıb lazımi addımı atacaq”.  

Qeyd edək ki, UEFA Türkiyə millisinin futbolçusu Merih Demirala “bozqurd” işarəsi tutduğu üçün 2 oyunluq cəza verib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şolz kansler namizədi kimi təsdiqləndi
Avropa Aİ-nin investorlar üçün cəlbediciliyinin aşağı düşdüyünü açıqlayıb
Dəhşətli qəza: Ölən və yaralı var