Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113775
az

Kremldən niqabla bağlı açıqlama

11:4105 İyul, 2024
101
DÜNYA
  • A

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kremldə niqab qadağası ilə bağlı müzakirələr aparılmır.


“Biz bu müzakirəyə qarışmırıq.",-deyə o bildirib.

Nəşrlə söhbətində Dövlət Dumasının Vətəndaş Cəmiyyətinin İnkişafı, İctimai və Dini Birliklər Məsələləri Komitəsi sədrinin birinci müavini Artem Biçayev aşağı palatada niqab taxmaq məsələsi ilə bağlı geniş müzakirələrin aparılmamasına aydınlıq gətirib.  O qeyd edib ki, “bununla bağlı qərarı müsəlman ruhaniləri verməlidir”.

May ayından bəri bir sıra siyasətçilər və ictimai fəallar vətəndaşların üzlərinin tanınmasına mane olan papaqların taxılmasının qadağan edilməsi zərurətindən danışıblar. Belə bir qanun layihəsini Dövlət Dumasına parlamentin aşağı palatasının sədr müavini, Yeni Xalq Partiyasından olan deputat Vladislav Davankov təqdim edib.

İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev və Dövlət Dumasının Ailənin Müdafiəsi Komitəsinin sədri Nina Ostanina da niqablara qarşı çıxış ediblər. Sonuncu həm də məktəblərdə hicab taxmağın qadağan edilməsini istəyib.

Dərbənd və Mahaçqalada baş verən terror aktlarından sonra Dağıstanın rəhbəri Sergey Melikov niqablara qarşı çıxış edib. Bu ideyanı Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin və Şimali Qafqaz Müsəlmanları üzrə Koordinasiya Mərkəzi dəstəkləyib. İyulun 3-də Dağıstan Müftiliyi bölgədə niqab taxmağa müvəqqəti qadağa qoyulduğunu elan edib. İyulun 4-də analoji qərar Qaraçay-Çərkəzdə də qəbul edilib.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Amerikalılar Rusiyaya raket zərbələri endirirlər" -Peskovdan KRİTİK AÇIQLAMA
Ərdoğan “Yaprak Dökümü”ndəki məşhur replika ilə müxalifəti TƏNQİD ETDİ
İranda dəhşətli qəza: 10 ölü, 17 yaralı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ