Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11371
az

Kirayə yaşadığı evindən 18 kq narkotik çıxdı - Foto

14:4728 Mart, 2019
719
CƏMİYYƏT
  • A
 
Bakıda 18 kq-dan artıq narkotik vasitə dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs ifşa edilib.

Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Sakit Qəhrəmanov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 41,025 qram narkotik vasitə olan heroin və 17,588 qram satış üçün hazır qablaşdırılmış formada kibrit qutularına doldurulan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq S.Qəhrəmanovun paytaxt ərazisində kirayədə yaşadığı evə də baxış keçirilib. Oradan da əlavə olaraq külli miqdarda narkotik vasitə heroin və marixuana aşkar edilərək götürülüb. Mənzildən aşkar edilən narkotik vasitələr ekspertizaya göndərilib. Ekspertizanın verdiyi rəyə əsasən müəyyən edilib ki, evdən götürülən heroinin çəkisi 3 kiloqram 15 qram, marixuana isə 15 kiloqram 575 qramdır. S.Qəhrəmanov ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini bildirib.

Qeyd edilən faktla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və S.Qəhrəmanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bağırsaq xərçəngi riskini azaldan qida məhsulu
Həftənin ilk günü hava necə olacaq?
Paşinyandan ETİRAF:"Nə etməli olduğumuz artıq bəllidir"

Bakıda sərnişinlər avtobus sürücülərinə tort hədiyyə etdi- Foto

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Çimnaz Sultanovanın dəfni
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahlar efirlərə buraxılmayacaq?- Açıqlama
Ramiz Mehdiyevin qızına şikayət etmək    icazəsi     verildi