Rusiya sanksiyalar təzyiqi və Ukrayna münaqişəsi fonunda varlanır ki, bu da Qərbin ona qarşı məhdudlaşdırıcı tədbirlərinin uğursuzluğundan xəbər verir.
Oxu24.com xəbər verir ki, bu barədə Amerikanın “Newsweek” jurnalı yazır.
Məqalədə deyilir: “Ruslar Qərbin sanksiyalarına və Ukraynada baha başa gələn müharibəyə baxmayaraq, getdikcə varlanırlar”.
London Universitet Kollecinin beynəlxalq əlaqələr üzrə professoru Filip Kanklifin fikrincə, Rusiyaya qarşı sanksiyaların Rusiya Federasiyasına Qərb dövlətlərinin nəzərdə tutduğu dağıdıcı təsiri olmayıb.
Ekspert qeyd edib ki, əslində sanksiyalar Rusiya sənayesinin inkişafı üçün stimul olub və Rusiyanı daha da özünü təmin edib, ona yeni bazarlara keçmək imkanı verib.
İyulun 2-də Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib ki, Dünya Bankının Rusiya Federasiyasını yüksək gəlirli dövlətlər sırasına daxil etməsi Qərbin sanksiyalarının səmərəsizliyini nümayiş etdirir.
Bir müddət əvvəl Amerika kəşfiyyatının keçmiş zabiti sanksiyaları Putin üçün “hədiyyə” adlandırmışdı.
Nigar
Oxu24.com
ŞƏRHLƏR