Gürcüstan hakimiyyəti ABŞ ilə strateji tərəfdaşlıq, dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyir.
Oxu24.com xəbər verir ki,bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-ın Müstəqillik Günü münasibətilə X sosial şəbəkəsində yazıb.
“Amerikalı dostlarımızı və tərəfdaşlarımızı Müstəqillik Günü münasibətilə təbrik edirik! Bu günü qeyd edərkən biz Gürcüstan-ABŞ strateji tərəfdaşlığının möhkəmləndirilməsinə və Gürcüstanla ABŞ arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə sadiq olduğumuzu bir daha təsdiqləyirik”, - Kobaxidze yazıb.
Gürcüstanın ABŞ, eləcə də Aİ ilə münasibətləri bu ilin mayında Gürcüstan parlamentinin xarici agentlər haqqında qanunu qəbul etməsi fonunda pozulub.
Dövlət Departamenti daha əvvəl bəyan etmişdi ki, qəbul olunmuş qanunla əlaqədar onlarla Gürcüstan vətəndaşına, o cümlədən hökumət, parlament üzvləri və onların qohumları, habelə hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı viza sanksiyaları tətbiq edir.
Nigar
Oxu24.com
ŞƏRHLƏR