Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113669
az

Seysmoloq Bakını gözləyən zəlzələnin vaxtını AÇIQLADI - XƏBƏRDARLIQ

09:0904 İyul, 2024
127
CƏMİYYƏT
  • A

“Bu ilin əvvəlində verdiyim müsahibələrində qeyd etmişdim ki, 2024- cü il seysmik və tektonik baxımından mürəkkəb il olacaq. Yəni mütəmadi olaraq, tez- tez hiss olunan zəlzələlər baş verəcək. Biz bunu ilin altı ayı ərzində müşahidə etdik. Talış zonasında zəlzələ baş verdi. Sözügedən zonada mütəmadi olaraq zəlzələlər baş verir. Təbii ki, seysmoloq kimi hesablamalarıma, təhlilimə görə bu İranda baş verən seysmik ocaqlarda olan zəlzələlərin nəticəsi, təsiri idi”.

Bunu  OXU24.COM -a açıqlamasında seysmoloq Qulam Babayev deyib.

O bildirib ki, Xəzər dənizində bir neçə hiss olunan təkanlar qeydə alınıb:

 

 

 

 

 

 

 

 

 

 

“Ümumiyyətlə, bir neçə növ zəlzələlər var: Hiss olunmayan, hiss olunan, güclü, dağıdıcı, katostrafik. Hiss olunmayan zəlzələlər hər gün baş verir. İstər il seysmik və tektonik baxımından aktiv olsun, istər olmasın. Bu il Azərbaycan ərazisində hiss olunan zəlzələlərin baş verməsi istisna deyil”.

Müsahib qeyd edib ki, hiss olunan zəlzələ dedikdə, maqnitudası 4.5 - 5.5 civarında olan zəlzələ nəzərdə tutulur. Mütəmadi olaraq bu il hiss olunan zəlzələlərin baş verməsinə şahid olacağıq.

“Azərbaycanda seysmik aktiv zonalara Oğuz, Quba, Şamaxı, İsmayıllı, Şəki, Zaqatala, Kiçik Qafqazın Şimal yamacı, Gəncə və Şəmkir ətrafı, Aran və Kür çökəkliyi hissəsi aiddir. Qarabağ zonası da seysmoaktiv zonaya aiddir. Burada Şuşa ocağı var, Laçın, İstisu, Kəlbəcər sesysmik avtiv zonalardır. Ən mürəkkəb seysmik zonalardan biri Xəzər dənizidir. Burada bir neçə tektonik qırılmalar mövcuddur. Xəzər ətrafında müxtəlif enerjili seysmik ocaqlar mövcuddur. Təbii ki, bunlar bir- birinin başlanmasında təkan rolunu oynayır. Xəzər dənizində zəlzələ müşahidə edəcəyik, Aran zonasında zəlzələlər baş verə bilər. Çünki Talışda olan zəlzələ tektonik- seysmik bloku daha da aktivləşdirə bilər. Şamaxı- İsmayıllı zonası heç cür istisna deyil”, - deyərək seysmoloq fikirlərinə əlavələr edib.

Qulam Babayev zəlzələ zamanı insanların davranacaqlarına diqqət çəkib və maarifləndirici məsləhətlər verib: “Zəlzələ təkanları baş verəndə insanlar təşvişə düşməsinlər, pəncərə ətrafından uzaq olsunlar. Əgər çoxmərtəbəli binada yaşayırlarsa, liftdən istifadə etməsinlər. Qapını tez açsınlar. Çünki zəlzələ zamanı bina deformasiyaya uğraya, qapı kilidlənə bilər. Təkanların gücünü hiss edən zaman stolun altında gizlənmək lazımdır. Dağıdıcı zəlzələnin baş verməsi mümkün deyil, amma, hiss olunan zəlzələlər, yəni 4.5-5.5 ballıq zəlzələlər istisna deyil”.

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycanın cənub bölgəsində 5 maqnitudada qeydə alınmış zəlzələ altı rayonda 4 bal gücündə hiss olunub.  

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu tərəvəzdən bol-bol yeyin:İki dərddən AZAD OLACAQSINIZ
Bəkməzə 1 qaşıq qatın: Faydasını 30 qat artırır,sümükləri "beton" kimi, xolesterolu yox edir
Bu istiqamətdə əlavə qatar reysi təşkil ediləcək

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu