Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113662
az

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı

21:2303 İyul, 2024
1017
REDAKTORUN SEÇİMİ
  • A

Son günlər ölkənin bir sıra bölgələrində, xüsusilə dağlıq və dağətəyi rayonlarında müşahidə olunan qeyri-sabit və yağmurlu hava şəraitindən sonra ölkə ərazisinin bəzi yerlərində ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur. Yağan yağışlardan sonra lokal aktivləşmələr baş verib və bir neçə yerdə sürüşmə hadisəsi qeydə alınıb.

 

Oxu24.com-un  xəbərinə görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

 

O qeyd edib ki, intensiv yağıntılar nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonundan keçən 75.2-ci kilometrlik hissəsində fəsadlar müşahidə olunub.

 

N. Mahmudov əhaliyə çağırış edərək bildirib ki, növbəti günlərdə də bəzi bölgələrdə yağmurlu hava şəraiti, hətta intensiv xarakterli ola biləcəyi ilə bağlı vətəndaşlardan ehtiyatlı olmaları artıq dərəcədə xahiş olunur, sinoptiklər tərəfindən verilən xəbərdarlıqlara diqqət yetirsinlər, hava məlumatlarına ciddi yanaşsınlar və ehtiyat tədbirlərini unutmasınlar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya nə qədər təzminat ödəməlidir?
Təyyarənin dron görüntüləri - VİDEO
Meyitlər nə vaxt gətiriləcək?

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Qocalıqda sağlam beynin sirri: Həkim açıqladı
Ölənlər və yaralı var