Belarusun müdafiə naziri Viktor Xrenin bildirib ki, Qərb bütün MDB ölkələrinə qarşı ideoloji müharibə aparır və Minsk belə siyasətə qarşı öz təcrübəsini bölüşməyə hazırdır.
Oxu24.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Əslində, birliyin bütün ölkələrinə qarşı ideoloji müharibə aparılır, həm ayrı-ayrı xalqlar, ölkələr, həm də bütöv regionlar arasında mövcud dostluq münasibətləri pozulmağa cəhd edilir”, - deyə Xrenin bildirib.
O qeyd edib ki, nisbətən yaxınlarda Belarus Qərbin yaratdığı böhranlı siyasi hadisələri dəf edib və belarus xalqının qarşısında duran çağırışlara tab gətirdi. Nazir vurğulamışdır ki, Belarus tərəfi təcrübə mübadiləsinə, o cümlədən əhalinin və hərbi qulluqçuların vətənpərvərlik tərbiyəsi sahəsində təcrübə mübadiləsi aparmağa hazırdır.
Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko bəyan etmişdi ki, Qərbin başlatdığı “səlib yürüşü” səbəbindən dünya fəlakətin astanasındadır.
Belarus lideri onu da bildirib ki, Qərb ölkələri NATO qoşunlarını münaqişə zonasına cəlb etmək üçün Ukraynada münaqişəni daha da gərginləşdirməyə çalışır. Lukaşenko qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin sıralarında olan əcnəbi muzdlular onlara verilən tapşırıqların öhdəsindən gələ bilmirlər.
Bundan əvvəl alman general NATO-ya üzv ölkələrin Ukraynaya qoşun yeritməyə hazırlığını qiymətləndirib.
Miri
Oxu24.com
ŞƏRHLƏR