Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113625
az

İlham Əliyev Lukaşenkonu təbrik edib

13:2603 İyul, 2024
157
  • A

Prezident İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib.

Oxu24.com xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli Aleksandr Qriqoryeviç.

Dövlət bayramı – Belarus Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Möhkəm dostluq əlaqələrinə, etimada və qarşılıqlı dəstəyə əsaslanaraq son onilliklər ərzində qardaş ölkələrimiz strateji tərəfdaşlığın çoxtərəfli münasibətlərini qurublar. Sizin Azərbaycana bu yaxınlarda etdiyiniz dövlət səfəri, keçirilən görüşlər və imzalanan sənədlər bir daha sübut etdi ki, Azərbaycanla Belarus arasında mövcud olan yaxşı əməkdaşlıq ənənələri bu gün uyğurla inkişaf edir və yeni məzmunla zənginləşir.

Əminəm ki, bizim birgə səylərimiz gələcəkdə də Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında dost xalqlarımızın və ölkələrimizin maraqları naminə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına və möhkəmlənməsinə kömək edəcək perspektivli təşəbbüslərin və layihələrin həyata keçirilməsinə yönəldiləcək.

Hörmətli Aleksandr Qriqoryeviç, bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar, Belarus Respublikasına isə əmin-amanlıq və tərəqqi arzulayıram".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya bu halda nüvə silahından istifadə edəcək
Ərdoğan Ştaynmayerlə görüşdü - Foto
Azərbaycan Ukraynaya 1 milyon dollar     yardım       ayırdı

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto