Ədliyyə Nazirliyində yeni təyinatlar olub.
Oxu24.com xəbər verir ki, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Seyfəlpaşa Əliyev nazirin müşaviri vəzifəsinə təyin olunub.
Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi general-mayor Rəfail Mehdiyev vəzifəsindən azad edilib. Onun yerinə isə Ədliyyə nazirinin müvafiq əmri ilə Cəmil Kamilli Tibb baş idarəsinin rəisi vəzifəsinə təyin edilib.
Oxu24.com
ŞƏRHLƏR