Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113590
az

Pensiya artımları hansı hərbçilərə şamil olunacaq?

16:1302 İyul, 2024
146
İQTİSADİYYAT
  • A

Azərbaycan Prezidenti “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklikləri təsdiq edib.

OXU24.COM nun məlumatına görə, bu barədə şərh verən VI çağırış parlamentinin deputatı olmuş iqtisadçı Vüqar Bayramov bildirib ki, yeni dəyişikliklərdə mühüm məqamlardan biri də keçmiş hərbi qulluqçularla bağlıdır.

“Belə ki, qanuna edilən dəyişikliyin bir istiqaməti də 81-100 faiz sağlamlıq imkanlarını itirən, hərbi xidmət dövründə əlilliyi olan keçmiş hərbi qulluqçularla əlaqədardır.

Hazırda onlara təminat xərclərinin 60 faizi məbləğində pensiya təyin olunur. Yeni dəyişiklik həmin faizin dəyişdirilməsini və 10 faiz artırılmasını nəzərdə tutur. İndi həmin vətəndaşlar təminat xərclərinin 60 deyil, 70 faiz həcmində pensiya ala biləcəklər. Bu isə onların pensiya məbləğlərinin artmasına gətirib çıxaracaq. Digər əlavələri də nəzərə alsaq, bu, həmin vətəndaşlarımızın pensiyalarında daha yüksək artımlara səbəb olacaq”, - V.Bayramov qeyd edib.

İqtisadçının sözlərinə görə, yeni dəyişiklik pro-aktiv, yəni elektron pensiya təminatını da gücləndirəcək:

“Belə ki, əmək pensiyasında təyinat zamanı vətəndaşlarımız üçün pensiya seçimində daha yüksək məbləğə avtomatik üstünlük veriləcək. Bu isə proseduralardan keçmədən, qısa zamanda pensiya təminatına imkan yaradacaq”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda orta aylıq əməkhaqqı 8 %-ə yaxın artıb
Azərbaycanda ən çox əməkhaqqını   onlar    alır
Mərkəzi Bank bu şirkətin lisenziyasını ləğv etdi

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Gəncədə sexdə    yanğın    oldu