Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11359
az

“Diqlas”ın yanması nəticəsində 420 sahibkara ziyan dəyib

12:0728 Mart, 2019
652
CƏMİYYƏT
  • A
 "Bu gün Nizami Rayon İcra Hakimiyyətində "Diqlas” Ticarət Mərkəzinin yanması nəticəsində zərər çəkən sahibkarlarla keçirilən görüşdə Prezident Administrasiyasının nümayəndələri də iştirak ediblər. Bu məsələ Prezident İlham Əliyevin nəzarətindədir. Prezidentin tapşırığı müzakirə olunmur, icra olunur”.

Bunu "”Oxu24.com açıqlamasında Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev deyib.

Onun sözlərinə görə, "Diqlas” Ticarət Mərkəzinin yanması nəticəsində 420 vətəndaşa ziyan dəyib: "Dəymiş ziyanın qiymətləndirilməsi üçün komissiya yaradılacaq. Komissiyanın yaradılması ən geci sabah başa çata bilər. Qiymətləndirmə başa çatdıqdan sonra müvafiq vəsait ayrılacaq. Həmin vəsait də sahibkarların bank hesablarına köçürüləcək. Sahibkarlar dəymiş ziyanı dəqiq açıqlasalar, yaxşı olar. Belə olan halda, həm onların, həm də bizim işimiz asan olar. Bütün hallarda proses nəzarətdə olacaq”.

Xatırladaq ki, martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki "Diqlas” Ticarət Mərkəzində yanğın olub. Ticarət mərkəzi tamamilə yararsız hala düşüb.



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İnsan orqanizmində yeni həyat forması tapıldı
Yeni il axşamı zəlzələ olacaq
Dəm qazı daha bir nəfərin həyatına SON QOYDU

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu