Rusiyanın Sankt-Peterburq və Leninqrad vilayətində güclü yağışlar və qasırğa nəticəsində biri uşaq olmaqla 3 nəfər ölüb.
Oxu24.com bu barədə yerli KİV-ə istinadən məlumat verir.
TASS-ın məlumatına görə, iyulun 2-də səhər saatlarında Leninqrad vilayətinin Vsevolojsk rayonunun Novoe Toksovo kəndində kotteclərin tikintisində işləyən 26 yaşlı Tacikistan vətəndaşının meyiti tapılıb. Ehtimal edilir ki, bir gün əvvəl pis hava şəraiti zamanı qoşqudan çıxıb və bu zaman yıxılan ağac onu əzib.
“Kommersant” qəzeti İstintaq Komitəsindəki mənbələrə istinadən xəbər verir ki, qasırğa bir qadın və bir uşağın həyatına son qoyub.
Yuri Qaqarin prospektində ağac 36 yaşlı qadının üzərinə aşıb. O, aldığı xəsarətlərdən yerindəcə keçinib. Krasnoqvardeyski rayonunda 11 yaşlı uşaq üzərinə ağac aşması nəticəsində ölüb. Uşaq ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər.
Sankt-Peterburq müstəntiqləri hadisənin bütün hallarını müəyyən etmək üçün istintaqa qədər yoxlamalar təşkil ediblər.
Bundan əvvəl Leninqrad vilayətində qasırğa zamanı yıxılan ağac bir yeniyetmənin onurğasını sındırmışdı.
Miri
Oxu24.com
ŞƏRHLƏR