Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113564
az

İran Rusiya ilə hərbi-texniki əməkdaşlığa heç bir maneə görmür

12:3602 İyul, 2024
161
  • A

İran və Rusiya arasında hərbi və ticari əməkdaşlıq sahəsində əməliyyatlara heç bir maneə yoxdur.

Oxu24.com xəbər verir ki, bunu İranın Ali Rəhbərinin müşaviri və ölkənin Beynəlxalq Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi “Financial Times” qəzetinə müsahibəsində deyib.

 

"İran və Rusiya Federasiyası arasında silah müqavilələri üçün heç bir maneə yoxdur",-deyə o bildirib.

 

Xərrazinin sözlərinə görə, İran tərəfi Rusiya qırıcılarının alınması ilə bağlı danışıqlar aparır.

 

"Biz yaxın gələcəkdə Rusiya Federasiyası ilə hərtərəfli strateji saziş imzalamalıyıq",-deyə o bildirib.

 

Bundan əlavə, İranın Ali Rəhbərinin müşaviri Rusiya Federasiyasına silah tədarükü ilə bağlı son ittihamları yalan adlandırıb.

 

2023-cü ildə İran Müdafiə Nazirliyi Rusiyadan Su-35 qırıcı təyyarələri aldığını elan edib.

 

Bundan əvvəl Rusiyanın İrandakı səfiri Aleksey Dedov bəyan etmişdi ki, Rusiya ilə İran arasında hərtərəfli əməkdaşlığa dair sazişin imzalanması prosesi “finiş xəttində”dir.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Komediya ustası vəfat edib

220 kiloluq repçi sürücünü məhkəməyə verdi
Akvariumda dəhşət: Nəhəng balıq "su pərisi"ni dişlədi - VİDEO

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi