Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113562
az

“Qırmızı Ürəklər” könüllülərinin iştirakı ilə Xəzərin Bilgəh sahili tullantılardan təmizlənib

12:2902 İyul, 2024
60
CƏMİYYƏT
  • A

“Qırmızı Ürəklər” könüllülərinin iştirakı ilə Xəzərin Bilgəh sahili tullantılardan təmizlənib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Təmiz ölkəm” təmizlik aksiyası çərçivəsində bu dəfə Xəzərin Bilgəh sahili tullantılardan təmizlənib. Qırmızı Ürəklər Fondunun könüllülərinin də iştirak etdiyi aksiyada sahil zolağından 1200 kiloqram həcmində plastik və digər məişət  tullantıları toplanıb.  

Bir çox şirkətin qatıldığı təmizlik aksiyasının keçirilməsində əsas məqsəd Xəzərin sahilyanı ərazilərinin tullantılardan təmizlənməsi ilə yanaşı, bu təşəbbüsə daha çox iştirakçı cəlb etməklə ətraf mühitin qorunması istiqamətində maarifləndirmə və təbliğat işlərini gücləndirməkdir.  

Fəaliyyət istiqamətlərindən biri də ətraf mühitin mühafizəsi olan Qırmızı Ürəklər Fondu hər zaman bu kimi layihələrdə yer almaqla cəmiyyətdə təbiətə qarşı həssaslığı artırmağa, könüllülərinin timsalında insanları ekologiyanın qorunmasına səsləyir.

 

Ətraf mühitin mühafizəsində yaxından iştirak etmək, eləcə də bu kimi layihələrdə hər zaman tərəflərdən biri olmaq Kapital Bank-ın korporativ sosial məsuliyyət strategiyasının bir hissəsidir və bankın bu istiqamətdə fəaliyyəti davam edir. 

Qeyd edək ki, “Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin  həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”-ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün //redhearts.az saytına daxil olmaq kifayətdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

4 nəfər imtahandan xaric olundu
Sabah açıq havada uzun müddət qalmayın! -XƏBƏRDARLIQ
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirildi -YENİLƏNDİ

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Qohumunu güllələyən 29 yaşlı şəxs saxlanıldı