Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113556
az

Məşhur müğənni məhkəməyə verilir: Oğurluq iddiası

12:0902 İyul, 2024
752
REDAKTORUN SEÇİMİ
  • A

Vüsal Əliyev məhkəməyə veriləcək 

Zaman-zaman adı  daha çox  maliyyə  qalmaqallarında hallanan müğənni Vüsal Əliyevin restoran biznesi bir  neçə aydır ki, tamamilə çöküb. 

Oxu24.com  xəbər  verir  ki, bu barədə müğənninin   özü televiziya verilişlərinin birində bildirib: “Plansız şəkildə işə başladım .Dostum dəvət etdi,razılaşdım. 3 il restoran biznesi ilə məşğul oldum.Yoruldum,sənətimdən geri qaldım. Restorançılıq,çətin işdir. Müşahidlərim  götərdi ki, sənətimdən başqa işlə məşğul olmaq mənə  uğursuzluqlar  gətirir. Əvvəllər – 2010-cu  ildə  məşğul olduğum  biznes fəaliyyəti də   mənə xeyli ziyan vurdu.”

Vüsal Əliyev borca düşdüyünü və onu ödəməyə çalışdığını bildirib.

Citypost.az-ın apardığı araşdırmalar zamanı  məlum olub ki, Vüsal Əliyev tanınmış  şair  Şəmsi  Vəfadar tərəfindən məhkəməyə  verilə  bilər.  

 

 

Bu barədə saytımıza şair Şəmsi Vəfadar özü məlumat verib.

 

Şəmsi Vəfadarın sözlərinə  görə, Vüsal Əliyev onun şeirinə yazılmış mahnını uzun müddət öncə ifa edib.

Söhbət 1995-ci ildə “Gənclik” nəşriyyatı tərəfindən  nəşr edilmiş kitabında yer almış “Ya sev,ya  öldür...” şeirinə Musa Musayev tərəfindən musiqi bəstələnmiş mahnıdan gedir.

 


 
Bu mahnı ifaçısına restoran biznesindən fərqli olaraq böyük uğur qazandırıb. O zamanlar məşhur olan audio kassetlərin və disklərin üzərindəki bildirişlərdə mahnının sözlərinin müəllifi Şəmsi Vəfadar,bəstəkarı Musa Musayev göstərilsə də, Vüsal Əliyev onların müəlliflik hüququnu pozub. 

Vüsal Əliyev özünün yutub səhifəsində həmin mahnının sözlərinin müəllifi və bəstəkarı kimi  öz adını və soyadını qeyd edib.

Şəmsi Vəfadar daha sonra deyib: “Həmin şeirin yer aldığı kitab elə çap olunduğu dövrdə indiki Əqli Əmlak Komitəsində tanınıb,qeydiyyata alınıb. Buraxdığı səhvi düzəltmək üçün Vüsal Əliyevə bir neçə ay öncə xəbərdarlıq edilib. Gözləyirəm, hələlik  heç bir yenilik yoxdur. Əlbəttə, bir müddət də gözləyəcəm. Vüsal Əliyev böyük qəbahət hesab edilən hərəkətinə düzəliş etməsə,şeirimi oğurlayıb müəlliflik hüququmu mənimsədiyi üçün problemi sivil yolla həll etməkdən ötrü yəqin ki, məhkəməyə müraciət etməli olacağam”.

 

 

 

Miri
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Üç nazirlik əhaliyə ÇAĞIRIŞ EDİR - DİQQƏT
Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı xəbərdarlıq yaydı
Tələbələrə şad xəbər: Bu güzəştlər olacaq (VİDEO)

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Qohumunu güllələyən 29 yaşlı şəxs saxlanıldı