Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113550
az

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

11:2702 İyul, 2024
122
CƏMİYYƏT
  • A

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Düşən yağıntının miqdarı Gədəbəydə 33 mm, Daşkəsəndə 13 mm, Ordubad, Göygöldə 9 mm, Sədərəkdə 7 mm, Gəncə, Şərurda 6 mm, Tovuz, Şəmkir, Qax, Balakən, Zaqatala, İsmayıllı, Göyçay, Goranboy, Şəki, Xaltan, Kürdəmir, Lerik, Ceyrançöl, Naftalan, Şahbuz, Naxçıvan, Beyləqan, Mingəçevir, Yevlaxda 3 mm-dək olub.

Öncədən xəbər verildiyi kimi, iyulun 1-də ölkənin bəzi bölgələrində sarı və narıncı xəbərdarlığa uyğun olaraq küləkli hava şəraiti müşahidə olunub. Narıncı xəbərdarlığa uyğun olaraq Culfada şərq küləyi əsib, arabir 23 m/s-dək güclənib. Sarı xəbərdarlığa uyğun olaraq isə küləyin sürəti Gəncə, Naxçıvanda 20 m/s, Naftalanda 18 m/s, Ağdam, Şəmkirdə 16 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Aran rayonlarında 33, Naxçıvan MR-da 31, dağlıq rayonlarda 23 dərəcəyədək isti olub.

Bölgələrdə müşahidə olunan qeyri-sabit hava şəraiti iyulun 3-ü axşamadək davam edəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həftənin ilk günü hava necə olacaq?
Paşinyandan ETİRAF:"Nə etməli olduğumuz artıq bəllidir"
Azərbaycan elminə ağır itki baş verdi

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb