Sumqayıtda yeniyetmələrin mübahisəsi qanla bitib, dava zamanı iki nəfər bıçaqlanıb.
OXU24.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə Ceyranabatan bağları adlanan ərazidə qeydə alınıb.
Sumqayıt şəhər sakini olan 15 yaşlı yeniyetmə münaqişə zəminində həmyaşıdına və özündən iki yaş böyük digər yeniyetməyə bıçaqla ağır xəsarətlər yetirib. Mübahisənin söyüş üstündə törədildiyi iddia olunur.
Sumqayıt Tibb Mərkəzdən bildirilib ki, 15 və 17 yaşlı yeniyetmələr ötən gün gecə saatlarında Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Təcili yardım şöbəsinə yerləşdiriliblər.
2009-cu il təvəllüdlü yeniyetməyə döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası və sol bazu nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozları təyin edilib. 2007-ci il təvəllüdlü yeniyetməyə isə bel-omba və üz nahiyəsinin kəsilmiş-deşilmiş yaraları diaqnozları təyin edilib. Hər iki yeniyetmə əməliyyat olunub, vəziyyətləri əməliyyata uyğun stabildir.
Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR