Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113521
az

Azərbaycanı Paris Olimpiadasında təmsil edəcək cüdoçular bəlli oldu

19:4901 İyul, 2024
143
  • A

“Paris-2024” Yay Olimpiya Oyunlarında çıxış edəcək Azərbaycan cüdoçuları bəlli olub.

Azərbaycan Cüdo Federasiyasından OXU24.COM -a verilən məlumata görə, ölkəmizi cüdo yarışlarında 9 çəki dərəcəsi üzrə 2 qadın və 7 kişi idmançı təmsil edəcək.

Qadınların yarışında Leyla Əliyeva (48 kiloqram) və Gültac Məmmədəliyeva (52 kiloqram) qüvvəsini sınayacaq.

Kişilərdən ibarət heyətdə isə Balabəy Ağayev (60 kiloqram), Yaşar Nəcəfov (66 kiloqram), Hidayət Heydərov (73 kiloqram), Zelim Tçkayev (81 kiloqram), Elcan Hacıyev (90 kiloqram), Zelim Kotsoyev (100 kiloqram) və Uşangi Kokauri (+100 kiloqram) yer alıblar.

Qeyd edək ki, Paris Olimpiadası iyulun 26-dan avqustun 11-dək təşkil olunacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cüdoçumuz “Böyük Dəbilqə”də qalib oldu
Gənc atletimizdən rekord
Tulin Ələkbərova: "Özümü öldürmə dərəcəsinə çatmışam"

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto