Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113443
az

Dəmir çatışmazlığını aradan qaldıran ədviyyatlar

17:5530 İyun, 2024
123
CƏMİYYƏT
  • A

Anemiya bir çox insanın yaşadığı problemlərdən biridir. Bəzi ədviyyatlar dərman və əlavələrlə müalicə olunan anemiyaya son qoya bilər.

OXU24.COM  əsasən dəmir çatışmazlığı zamanı tövsiyə edilən ədviyyatları təqdim edir:
Karri

Qədim dövrlərindən bəri qaraciyər müalicəsində istifadə edilən karri qan əmələ gətirmə xüsusiyyəti ilə də tanınır. Tərkibindəki yüksək antioksidant sayəsində daxili orqanlar təmizlənir və dəri daha sağlam bir görünüş qazanır.
O, həmçinin sümükləri gücləndirir və osteoporozun qarşısını alır.
Karri üzərində aparılan tədqiqatlar sübut edib ki, bu ədviyyat müxtəlif xərçəng növlərinə qarşı müalicəvi xüsusiyyətlərə malikdir.

Kəklikotu

Kəklikotu K vitamini, kalsium, dəmir və manqan kimi vacib vitamin və mineralları ehtiva edir. Kəklikotu qan təzyiqini idarə etməyə kömək edir.
Qan əmələ gətirən xüsusiyyətlərə malik olan kəklikotu immuniteti gücləndirir.
Kəklikotu həm də iltihab əleyhinə xüsusiyyətlərə malikdir.
Zirə

Zirə anemiyaya yaxşı təsir edən ədviyyatlardan biridir. Qanazlığına faydalı olduğu bilinən zirə çayı orqanizmdəki dəmiri artırır. Zirədə olan B12 və A vitamini immunitet sistemini gücləndirməyə kömək edir. Tərkibindəki yüksək miqdarda C vitamini sərbəst radikallarla mübarizə aparır və orqanizmi xərçəngdən qoruyur.
Zəncəfil

Sonsuz faydaları olan zəncəfil dəmir əmələ gətirən xüsusiyyətlərə malikdir. O eyni zamanda qan şəkərini tarazlaşdırır. Ağrı kəsici xüsusiyyətləri sayəsində menstrual ağrıları aradan qaldırır.

Bu ədviyyat qanın laxtalanmasının qarşısını alır, buna görə də qan damarlarının tıxanmasına, infarkt və insulta səbəb ola biləcək ürək xəstəliklərinin müalicəsində çox təsirlidir.

Keşniş
Keşniş otu dəmir çatışmazlığına xeyirlidir və qan əmələ gətirən xüsusiyyətlərə malikdir. Tərkibindəki antioksidant sayəsində dərini bərpa edir. Yüksək kalsium mənbəyi olan keşniş sümükləri gücləndirir və sümük sağlamlığını qoruyur.

C vitamini ilə zəngin olan keşniş sinir uclarını stimullaşdırır. Bu xüsusiyyətinə görə, yuxu pozğunluğu, stress, narahatlıq və s. problemlərin qarşısını almağa kömək edir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Maqnit qasırğası başladı - Bu tarixədək davam edəcək
Baba Rzayevlə bağlı nə baş verir? – Şiddətli töhmətin arxasındakı sensasion məqam
Sabahın havası açıqlandı

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı