Türkiyənin İzmir şəhərinin Torbalı rayonundakı binalardan birində partlayış baş verib.
OXU24.COM xəbər verir ki, hadisənin yerli vaxtla 15:00 (Bakı vaxtı ilə 16:00) radələrində binanın zəmin qatındakı mağazada baş verdiyi bildirilib.
Torbalının bələdiyyə sədri Övünç Demir hadisə nəticəsində 4 nəfərin öldüyünü, 10-u ağır olmaqla, 20 nəfərin isə yaralandığını açıqlayıb. Yaralılar ətrafdakı xəstəxanalara çatdırılıb.
Partlayışa qaz sızmasının səbəb olduğu ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR