Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113430
az

Filippində atəşfəşanlıq anbarında partlayış: 5 nəfər ölüb, 20 nəfər yaralanıb

13:1930 İyun, 2024
109
DÜNYA
  • A

Filippinin cənubundakı Zamboanqa şəhərində atəşfəşanlıq anbarında baş verən güclü partlayış nəticəsində 5 nəfər ölüb, ən azı 20 nəfər yaralanıb.

 

Oxu24.com xəbər verir  ki, yerli hakimiyyət orqanları şənbə günü yerli vaxtla saat 16:00 radələrində baş verən partlayışın 1,14 kilometr ərazini əhatə etdiyini və anbar yaxınlığındakı evlərə və ticarət iş yerlərinə ziyan vurduğunu bildirib.

Partlayış bölgəsinə gedən Zamboanqa meri Con Dalipe jurnalistlərə açıqlamasında hadisə nəticəsində 5 nəfərin öldüyünü, xilasetmə qruplarının 20 nəfəri xəstəxanalara apardığını təsdiqləyib.

Şəhər Fəlakət Riskinin Azaldılması və İdarəetmə İdarəsi yaralanan 8 nəfərin vəziyyətinin ağır olduğunu bildirib.

Zamboanqa əyalətinin polis rəisi polkovnik Kimberli Molitas bildirib ki, qəzada ölənlər arasında bir uşaq da var.

Molitas jurnalistlərə bildirib ki, yanğınsöndürənlər və polis partlayışın səbəbini araşdırır.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Parisdə Fransanın müstəmləkəçilik siyasətinə qarşı aksiya keçirilib
Türkiyənin Suriyadakı səfirliyi 12 ildən sonra fəaliyyətini bərpa edib
Macarıstanın Parisdəki səfirliyində terror aktı təhdidi barədə axtarışlara başlanılıb

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu