Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113413
az

Rusiya NATO-nu belə QORXUYA SALDI: "Vəziyyət təhlükəli həddə çatır"

22:1529 İyun, 2024
169
DÜNYA
  • A

"Şimali Atlantika Alyansı (NATO) Rusiyadan qorxur, çünki Moskva Ukrayna Silahlı Qüvvələrinin Sevastopola endirdiyi zərbədən sonra Qara dəniz üzərində uçan Qərb pilotsuz təyyarələrinə qarşı tədbirlər görməyə başlayacaq".

OXU24.COM  xəbər verir ki, bu sözləri britaniyalı ekspert Aleksandr Merkuris özünün "YouTube kanalında" deyib.

Ekspert hesab edir ki, NATO dövlətləri Rusiyanın Qara dəniz üzərində ABŞ və NATO pilotsuz təyyarələrini vurmağa başlaya biləcəyindən getdikcə narahat olurlar.

Onun sözlərinə görə, gələcəkdə Qərb hərbi bloku Qara dənizdə əməliyyatlar keçirə bilməyəcək. Bundan əlavə, Qara dəniz üzərində Qərb və Rusiya aviasiyasının toqquşması riski yüksəkdir.

Analitik Rusiyanın hava üstünlüyünə malik olduğunu, Qara dənizdə vəziyyətin getdikcə daha təhlükəli həddə çatdığını vurğulayıb.

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Akvariumda dəhşət: Nəhəng balıq "su pərisi"ni dişlədi - VİDEO
Ukrayna Niderlanddan F-16 qırıcılarının yeni partiyasını gözləyir
Türkiyədə uşaqlarla bağlı YENİ QADAĞA -"Bu onlara niyə lazımdır?"