Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113397
az

Paşinyan bunu Ərdoğanı razı salmaq üçün etdi?

09:5529 İyun, 2024
152
SİYASƏT
  • A

Fələstin dövləti layihəsini tanımağa hazır olan ölkələr siyahısına ABŞ-ın müttəfiqləri, AB və NATO üzvləri də qoşulub. Qafqaz kontekstində mühüm hadisə Ermənistanın Fələstinin müstəqilliyini tanımaq qərarı oldu. Rəsmi İrəvan müvafiq addımı 2024-cü il iyunun 21-də atıb.

OXU24.COM  bildirir ki, bu barədə rusiyalı ermənipərəst politoloq Sergey Markedonov sosial şəbəkə hesabında yazıb.

"Qafqaz geosiyasəti kontekstində bu (Ermənistanın Fələstin dövlətii tanıması - red.) nə dərəcədə vacibdir? O, Ermənistana çoxvektorluluq axtarışında kömək edəcəkmi?" sualına Markedonov bu cür cavab verib:

"İsrail Azərbaycanın ən mühüm hərbi-siyasi tərəfdaşıdır. İkinci və üçüncü Qarabağ müharibələri zamanı (2020 və 2023) Bakı İsrailin silah sistemlərindən ("Lora" raketləri, həmçinin "Israel Aerospace Industries" (IAI) və "Uvision" şirkətlərinin istehsal etdiyi sistemlər) geniş istifadə edib. İsrail üçün Ermənistan-İran əməkdaşlığı həmişə qıcıqlandırıcı faktor olub. Beləliklə, Fələstinin tanınması İsrailin azərbaycanyönlü xəttinə gecikmiş cavab oldu.

Ancaq sonra mürəkkəb nüanslar başlayır. Azərbaycan İsraillə hərbi-texniki əməkdaşlığı ilə tanınır. Lakin Bakı Fələstini İrəvandan çox tez tanıyıb və hələ 2012-ci ildə BMT-də ona müşahidəçi dövlət statusu verilməsi üçün səs verib! Beləliklə, Azərbaycan-Fələstin münasibətlərinin öz ənənəsi var. Üstəlik, Fələstinin tanınmasına Bakının strateji müttəfiqi olan Ankara fəal şəkildə kömək edir. Azərbaycan Qəzza münaqişəsindən sonra balanslı mövqe tutdusa, Türkiyə ardıcıl olaraq "Fələstin həqiqətlərini" dəstəklədi.

Paşinyanın əleyhdarları vurğulayırlar ki, Fələstinlə bağlı qərar onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla söhbətindən az sonra (sözün əsl mənasında üç gün sonra) verilib. Belə izahlı model bir qədər sadə görünür. Çətin ki, Paşinyan sadəcə Ərdoğanı razı salmaq istəyib. Amma fakt odur ki, Fələstinin anınmasından İrəvanın əldə etdiyi faydalar o qədər də aydın deyil".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya üçün kabusa çevrilən ÜÇ MƏSƏLƏ -Putin Trampla bu problemləri çözmək istəyir
Tramp Putinlə görüşə bilər -Hazırlıq gedir
İran səfiri Fransa XİN-ə çağırıldı

İPhone-nun kamerasının yanındakı dəlik nədir? - Görün nə işə yarayırmış

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Fil insanı belə öldürdü - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahlar efirlərə buraxılmayacaq?- Açıqlama
“Azərbaycan işi” üzrə məhkəmə      sabah      keçiriləcək