Bölgələrdə gözlənilən güclü küləkli hava şəraiti ilə bağlı iyunun 29-dan iyulun 1-i axşamadək Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı və narıncı xəbərdarlıq verilib.
Bu barədə Oxu24.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq Ağstafa, Şəmkir, Tovuz, Samux, Bərdə, Tərtər, Göygöl, Ağdam, Ağcabədi, Balakən, Zaqatala, Şəki, Qax, Naxçıvan MR-da şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Narıncı xəbərdarlığa əsasən Naftalan, Goranboy, Gəncə, Yevlax, Mingəçevir, Daşkəsən rayonlarında şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.
Bunu edənlər 2000 manat cərimələnəcək
Öldürülən Turalla bağlı şok detal: Qız haqda nə deyibmiş? (18+video)
Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 3500 MANAT
Oxu24.com
ŞƏRHLƏR