Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113311
az

Daha bir yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb - VİDEO

13:0028 İyun, 2024
18
CƏMİYYƏT
  • A

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Oxu24.com FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, Xidmət tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi, 1 ünvanında yerləşən Quliyev Abbasqulu Mürsəl oğluna məxsus hamam və kafedə aparılmış yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu nasaz vəziyyətdədir;

- obyektin kafe kimi fəaliyyət göstərən sahəsində elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi, 1 ünvanında yerləşən Quliyev Abbasqulu Mürsəl oğluna məxsus hamam və kafenin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Filarmoniyada əməliyyat keçirildi: vəzifəli şəxslər... -YENİLƏNDİ
"Elgizlə izlə"nin yeni aparıcısı o oldu -FOTO
İyuİyunun 30-da keçirilən test imtahanının nəticələri açıqlandı

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Bakıda qadın həkimi şantaj edib 42 minini alıblar