Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113307
az

Prezident Ceyms O’Braynı qəbul edib

12:3828 İyun, 2024
84
SİYASƏT
  • A

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 28-də Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynı qəbul edib.

Oxu24.com  xəbər verir ki, Ceyms O’Brayn ABŞ Dövlət katibi Antoni Blinkenin bu yaxınlarda Prezident İlham Əliyev ilə telefon danışığını və bu əsnada aparılan müzakirələri məmnunluqla qeyd etdi. O, ABŞ-ın regional sülh gündəliyinin irəliyə aparılmasına sadiqliyini və bu prosesi dəstəkləməyə hazır olduğunu vurğuladı. Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə əməkdaşlığın, o cümlədən əlaqələrimizin strateji səviyyədə daha da inkişaf etdirilməsi məsələlərinin vacibliyini qeyd etdi. Bu xüsusda regional əməkdaşlıq, Orta Dəhliz və digər məsələlər müzakirə olundu.

Prezident İlham Əliyev Antoni Blinkenlə telefon danışığını məmnunluqla xatırladı, bu telefon danışığı əsnasında əlaqələrimizin geniş spektrinin müzakirə olunduğunu dedi.

Azərbaycan ilə ABŞ arasında ölkəmizin müstəqilliyinin ilk günlərindən müxtəlif sahələrdə uğurlu əməkdaşlığın qurulduğu vurğulandı.

Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, Azərbaycan ilə ABŞ arasında enerji sahəsində əməkdaşlıq, COP çərçivəsində iki ölkənin nümayəndə heyətlərinin səmərəli və faydalı məsləhətləşmələrinin olduğu qeyd edildi. COP29-un uğurla nəticələnməsi üçün ABŞ-ın öz dəstəyini bundan sonra da davam etdirəcəyi vurğulandı.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan Bosniya və Herseqovinaya başsağlığı verib
"Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi" - İlham Əliyev
Horovlu kəndinə köç nə vaxt olacaq? - Dövlət başçısı açıqladı

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı