Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113306
az

Çimərlik üçün ən optimal vaxt bu saatlardır

12:4028 İyun, 2024
89
CƏMİYYƏT
  • A

“Çimərliyə getmək üçün ən optimal vaxt səhər saat 8:00-11:00 arası və axşam saat 17:00-dan sonradır”.

Oxu24.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Nuranə Hüseynova deyib.

Onun sözlərinə görə, saat 11:00-16:00 aralığında uşaqları Günəş altında saxlamaq olduqca təhlükəli vəziyyət yarada bilər: “Bu saatlarda günəş radiasiyasının ən ekstremal vaxtıdır. Məhz bu zaman intervalında uşaqlarda günəş yanıqları, günvurma halları baş verir. Uşaq orqanizminin möhkəmləndirilməsi üçün yayda günəş vannasından istifadənin müəyyən qaydalarına riayət etmək lazımdır”.

Pediatr qeyd edib ki, orqanizmin normal funksiyası və yuxu rejiminin tənzimlənməsində D vitamini müxtəlif hormonların sintezi üçün çox vacibdir: “Onun təsiri nəticəsində qan dövranı, maddələr mübadiləsi yaxşılaşır, immunitet möhkəmlənir. Həmçinin, antidepressant və antibakterial xüsusiyyətlərə də malikdir”.

N.Hüseynova günəş şüalarının insan orqanizmində yaratdığı mənfi hallardan qorunmaq üçün tövsiyələr verib: “İsti havalarda uşaqların geyiminə diqqət yetirmək mütləqdir. Günəş şüasını udan tünd rəngli paltarlardan istifadə tövsiyə olunmur. Məqsədəuyğundur ki, əsasən günəş şüalarını əks etdirən açıq rəngli, yaşıl rəngli geyimlərə üstünlük verilsin. Həmçinin, dairəsi çiyinləri örtəcək ölçüdə papaqlardan istifadə oluna bilər”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həftənin ilk günü hava necə olacaq?
Paşinyandan ETİRAF:"Nə etməli olduğumuz artıq bəllidir"
Azərbaycan elminə ağır itki baş verdi

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb