Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113277
az

Rafil Hüseynovun birinci müavini olmaq üçün 111 min manat verdi

10:1428 İyun, 2024
59
KRİMİNAL
  • A

Külli miqdarda dələduzluqda təqsirləndirilən şəxs həbs edilib.

Oxu24.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, vətəndaş Aqil Zeynalov digər şəxslə əlbir olaraq əmisi oğlu Elçin Zeynalovdan 111 min manat alıb.

A.Zeynalov və əlbir olduğu şəxs zərərçəkənə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynova birinci müavini təyin olunacağı barədə yalan vəd veriblər. İşin reallaşması üçün isə ondan pul alıblar.

Elçin Zeynalov əvvəllər Ağcabədi rayonunda icra strukturunda işləyib. Sonradan pul qarşılığında icra başçısının birinci müavini olmaq istəyib. Bunun üçün o, əmisi oğlu vasitəsilə tanıdığı, özünü yaxşı əlaqələri olan şəxs kimi təqdim edən digər təqsirləndirilənlə əlaqəyə keçib.

Xeyli vaxtdır, axtarışda olan Aqil Zeynalov bir neçə gün əvvəl saxlanılıb. Prokuror onun həbs edilməsi ilə bağlı məhkəməyə təqdimat  verib.

Hakim Gültəkin Əsədovanın qərarı ilə A.Zeynalov haqda 3 aylıq həbs qətimkan tədbiri seçilib. Onunla əlbir olmaqda şübhəli bilinən şəxsin isə axtarışı davam edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İnstaqramda tanış olduğu 13 yaşlı qızı aldadıb 80 min aldı- Özünə biznes qurdu
Təcili tibbi yardım avtomobili ilə qəzaya düşən     xəstə      öldü
Bakıda   ŞOK OLAY:İşlədiyi şirkətin soyuducularını satıb     pulu götürdü

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İnstaqramda tanış olduğu 13 yaşlı qızı aldadıb 80 min aldı- Özünə biznes qurdu