Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113245
az

Türkiyə III Dünya Müharibəsinə hazırdır

19:2227 İyun, 2024
104
  • A

Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zeki Aktürk, xarici işlər naziri Hakan Fidanın qlobal müharibənin mümkünlüyü və nüvə silahından istifadə ilə bağlı son bəyanatını şərh edərkən III Dünya Müharibəsi riskinin reallığı ilə bağlı açıqlama verib.

 

“Birinci və İkinci Dünya Müharibələrində olduğu kimi hərtərəfli riskin olub-olmadığını soruşsanız, bu, əlbəttə ki, mümkündür. Milli Müdafiə Departamenti olaraq biz ölkənin hərbi və təhlükəsizlik sisteminin vəziyyətini nəzərdən keçirir və lazım gəldikdə bütün planlarımızı yeniləyirik. Əminliklə demək olar ki, biz (müharibə üçün) ən hazırlıqlı ölkələrdən biriyik.

Türkiyə Silahlı Qüvvələri artıq bir çox bölgələrdə davamlı fəaliyyət göstərən, köklü logistikaya malik dinamik bir ordudur. Biz həmçinin dünyanın müxtəlif yerlərində sülhməramlı əməliyyatlar həyata keçiririk. Heç kim, xüsusən də Türkiyə III Dünya Müharibəsi kimi acınacaqlı ssenari istəmir, lakin ordumuzun istənilən ssenariyə hazır olduğunu qeyd etmək lazımdır”, - deyə Zeki Aktürk bildirib.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədə məhkəmədə silahlı insident- 2 ölü, 2 yaralı
"Sadə ideyaları olan mürəkkəb insan" -Tramp niyə "İlin adamı" seçildi?
ABŞ gürcü məmurlara  viza   verməyəcək

Qırmızı dodaqlı yarasa balığı - Heyvanlar aləmi

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Hərbçini qətlə yetirən şəxsə    hökm    oxundu