Orbitdə olan Rusiya peyki 100-dən çox hissəyə parçalanıb.
Oxu24.com xəbər verir ki, ABŞ kosmik agentliklərinin verdiyi məlumata görə, BKS-də işləyən amerikalı astronavtlar təxminən bir saat örtük altında qalmağa məcbur olublar.
2022-ci ildə istismardan çıxarılan Rusiya müşahidə peyki RESURS-P1-in parçalanmasının səbəbləri açıqlanmayıb.
Çərşənbə günü axşam ABŞ radarları aşağı Yer orbitində peykdən zibil aşkar edib və kosmosa nəzarət şirkəti LeoLabs bu barədə cümə axşamı səhər xəbər verib.
ABŞ Kosmik Komandanlığı peykin məhv edilməsinin "100-dən çox izlənilə bilən dağıntı" ilə nəticələndiyini bildirib.
Yayılan mesajda dərhal təhlükənin müşahidə olunmadığı, lakin vəziyyətin monitorinqinin davam etdiyi bildirilir.
Miri
Oxu24.com
ŞƏRHLƏR