Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113220
az

Vəkillər Kollegiyasının üzvləri məhkumlara pulsuz hüquqi yardım göstərib

15:5327 İyun, 2024
114
CƏMİYYƏT
  • A

Məhkumlara pulsuz hüquqi yardım göstərilməsi prosesinə start verilib.

Ədliyyə Nazirliyi Penitensiar xidmət ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, məhkumlara pulsuz peşəkar hüquqi yardımın göstərilməsi məqsədilə  Penitensiar xidmətin 2, 9, 17 saylı cəzaçəkmə müəssisələri və İxtisaslaşdırılmış Müalicə Müəssisəsində görüş keçirilib.

Belə ki, iyunun 25-də “Pro Bono” Vəkil Bürosunun (VB), Bakı şəhəri 38 saylı VB-nin, “Mərkəz” VB-nin, “Qanunçuluq” VB-nin “Güvən” VB-nin, Bakı şəhəri 39 saylı VB-nin, o cümlədən Bakı şəhəri 13 saylı VB-nin vəkilləri ilə təşkil olunmuş görüş zamanı 234 məhkuma mülki və cinayət qanunvericiliyinin müddəaları izah olunub, onların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində sualları cavablandırılıb.

Tədbirlər Planına uyğun olaraq gələcəkdə digər cəzaçəkmə müəssisələrində də məhkumlara pulsuz hüquqi yardım aksiyalarının keçirilməsi davam etdiriləcək.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həftənin ilk günü hava necə olacaq?
Paşinyandan ETİRAF:"Nə etməli olduğumuz artıq bəllidir"
Azərbaycan elminə ağır itki baş verdi

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb