Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113211
az

"Ermənistanın əsas qanununda Azərbaycana qarşı ərazi iddiaları qalır" - Nazir

14:5427 İyun, 2024
107
SİYASƏT
  • A

Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətni ilə bağlı kifayət qədər əhəmiyyətli proqres var.

Oxu24.com xəbər verir ki, bunu Tbilisidə səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov həmkarı İliya Darçiaşvili ilə birgə mətbuat konfransında deyib.

“Açıq qalan məsələlərin sayı əhəmiyyətli dərəcədə azalıb”, - nazir əlavə edib.

Ceyhun Bayramov Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qaldığını qeyd edib: “Ermənistanın əsas qanununda - konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalır. Bu, bizim tərəfimizdən prosesin başa çatdırılmasında ən ciddi əngəl kimi görünür”.

Nazir əlavə edib ki, bu, Ermənistanın özü üçün də çox xoşagəlməz hal kimi qəbul edilməlidir.

“Bu istiqamətdə müvafiq addımların atılmasını gözləyirik”, - nazir deyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Putin yenə "Oreşnik"lə HƏDƏLƏDİ: "Lazım gələrsə..."
NATO-dan təyyarə qəzası ilə bağlı     ÇAĞIRIŞ
"Hər zaman Azərbaycanın yanındayıq"- Gürcüstan XİN

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü