Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113190
az

Bostan bitkilərinin arasında çətənə kolu yetişdirən şəxs tutuldu - FOTO

13:0027 İyun, 2024
127
KRİMİNAL
  • A

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Taleh Əlimov saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Aşağı Layısqı kəndində onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilən, çəkisi 20 kiloqram olan 44 ədəd çətənə kolu aşkarlanıb. T.Əlimov narkotik tərkibli bitkiləri aprel ayında qazanc əldə etmək məqsədilə əkdiyini və xüsusi qulluq göstərdiyini bildirib. Saxlanılan şəxs çətənə kollarının kənardan görünməməsi üçün ətrafında bostan bitkiləri də becərib. 

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Əlimov barəsində həbs qətimkan tədbiri seçilib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

15 yaşlı Sevinc öldürüldü, qonşusu yoxa çıxdı -DETALLAR
Ustalar hündürlükdən yıxıldı - Ölən var

Azərbaycanda müəllim intihar etdi -FOTO

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
15 yaşlı Sevinc öldürüldü, qonşusu yoxa çıxdı -DETALLAR