Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113189
az

Dələduzluqda şübhəli bilinən şəxslər saxlanıldı

12:5427 İyun, 2024
155
KRİMİNAL
  • A

Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə müraciət edən şəhər sakini bir nəfərin onu aldadaraq hesabına 3935 manat ödətdirməsini bildirib. 

DİN-dən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən Mehdi Hüseynzadə müəyyən olunaraq saxlanılıb. 

Daha bir dələduzluq hadisəsi ilə bağlı Səbail RPİ 9-cu Polis Bölməsinə məlumat daxil olub. Bakı şəhər sakini olan bir nəfərin 79 manatını dələduzluq yolu ilə hesabına ödətdirməkdə şübhəli bilinən Təhmiras Nəcəfov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Qax Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbirlərlə isə rayon sakini olan bir nəfərin 100 manatını dələduzluq yolu ilə hesabına ödətdirməkdə şübhəli bilinən Mahmud Həmidli müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lənkəranda 30 yaşlı kişinin    meyiti     tapıldı
24 yaşlı oğlan         intihar      etdi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Lənkəranda 30 yaşlı kişinin    meyiti     tapıldı