Hindistan silahlı qüvvələrinin keçirdiyi raket sınağının gedişində orbitin aşağı yüksəkliyində olan kosmik peyk vurulub.
Bu barədə ölkənin baş naziri Narendra Modi xalqa etdiyi telemüraciətdə danışıb.
Onun çıxışını
NDTV telekanalı yayımlayıb.
“Hindistan ABŞ, Rusiya və Çin kimi kosmik fövqəldövlətlərin sırasına qoşulub. Bizim peyk əleyhinə silahla orbitin aşağı yüksəkliyində olan aparat uğurlu şəkildə vurulub”, - deyə Modi diqqətə çatdırıb.
Baş nazirin sözlərinə görə, 300 km hündürlükdə yerləşən peyk buraxılışdan sonra üç dəqiqə ərzində məhv edilib. Raketi Hindistanın Müdafiə Nazirliyinin tabeliyində olan Kosmik Tədqiqatlar Mərkəzi yaradıb
Oxu24.com
ŞƏRHLƏR