Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113150
az

Rusiya onları rəsmən ölkədən qovdu

20:1826 İyun, 2024
62
DÜNYA
  • A

Rusiya Xarici İşlər Nazirliyi Avstriyanın ORF telekanalının Moskva ofisinin rəhbəri Karola Şnayderə Rusiyanı tərk etmək barədə qərar qəbul edib.

 

Oxu24.com bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

 

“İyunun 26-da Avstriyanın ORF Radio və Televiziyasının Moskva bürosunun baş müxbiri Karola Şnayder Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Ona akkreditasiya şəhadətnaməsini təhvil vermək və yaxın vaxtlarda Rusiya Federasiyasının ərazisini tərk etmək tapşırılıb”, - XİN-dən bildiriblər.

 

Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Avstriyada rus media nümayəndələrinə qarşı diskriminasiya davam etdiyi üçün bu addım məcburi və cavab xarakteri daşıyır.

 

Xarici İşlər Nazirliyi onu da vurğulayıb ki, Vyana rusiyalı jurnalistlərə münasibətini dəyişdikdə Şnayder Rusiyaya qayıda biləcək.

 

Bundan əvvəl Macarıstan Aİ-nin Rusiyanın media qadağasını pisləyən birgə bəyanatını bloklayıb.

 

İyunun 25-dən Rusiya öz ərazisindən Aİ-nin bir sıra KİV-lərinin yayım resurslarına çıxışı məhdudlaşdırmaq qərarına gəlib. Belə ki, Rusiya tərəfi mayın 17-də Avropa İttifaqı Şurasının üç Rusiya KİV-ində “hər hansı yayım fəaliyyətini” qadağan edən qərarına cavab verir.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Amerika bazasına hücum olub
İranlı jurnalist İsrailə qaçıb
İtaliyada anomal istilər müşahidə edilir

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Putin avtomobili özü sürdü - VİDEO
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Cinayətdə şübhəli bilinən 23 nəfər saxlanıldı