Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113129
az

Döyüşlərdə qurulan 106 yaşlı ordu - TƏHLİL

17:0626 İyun, 2024
114
ÖZƏL BÖLÜM
  • A

Ordu, Silahlı Qüvvələr dövlətin mövcud olmasının başlıca təminatı, əsas atributlarındandır.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən 28 gün sonra ordu quruculuğu başlayıb. Çünki bu, ərazi bütövlüyü və müstəqilliyi qoruyub saxlamaq və inkişaf etdirmək üçün əsas vəzifələrdən idi.

Azərbaycanda ordu quruculuğuna ilk cəhd 1917-ci ilin sonu və 1918-ci ilin əvvəlində edilmişdi. Çünki Azərbaycanın müstəqilliyi yolunda erməni amili başlıca maneə olub. Onun vasitəsi ilə Azərbaycanın azadlığı, müstəqilliyi və suverenliyi daim əngəllənib. Həmin illərdə də Azərbaycan ərazisində ermənilər silahlanaraq yerli azərbaycanlıları (türklər, müsəlmanlar) sıxışdırır, qətlə yetirir, torpaqları ələ keçirirdilər.

Milli Şuranın 28 may 1918-ci il tarixli qərarına əsasən, Fətəli Xan Xoyskinin sədrliyi ilə yaradılmış birinci hökumətin tərkibində təsis olunmuş Hərbiyyə naziri vəzifəsinə Xosrov bəy Sultanov təyin edilib. Ancaq bu kabinənin buraxılması ilə hərbi nazir vəzifəsi də ləğv olunmuş, Azərbaycanda ordu quruculuğu prosesinə rəhbərlik Hökumətin qərarı ilə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya həvalə edilmişdi.


Hökumət strukturunda isə Qafqaz İslam Ordusu komandanlığı ilə əlaqələri nizamlayacaq hərbi işlər üzrə baş müvəkkil vəzifəsi təsis olunmuş və İsmayıl xan Ziyadxanov bu vəzifəyə təsdiqlənmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə "Vəhşi diviziya" adlanan keçmiş tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və Müsəlman Korpusunun əsasında ilk ordu hissəsi, 5 min nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradıldı. Onun ştat cədvəlində qismən dəyişiklik edildi. General-leytenant Əliağa Şıxlinski korpusun komandiri kimi vəzifəsini yenə də davam etdirməyə başlamışdı. Həmin il iyulun 11-də isə hökumətin fərmanı ilə hərbi səfərbərlik elan olundu. 1919-cu ilin sonlarında 25 minlik Azərbaycan ordusu iki piyada və bir süvari diviziyadan ibarət idi. Hərbi nazirlik 1920-ci ildə ordunun şəxsi heyətini 40 min nəfərə çatdırmağı planlaşdırırdı.

Ancaq 1920-ci il aprelin 28-də Azərbaycanın Rusiya bolşevikləri tərəfindən işğalı bir çox ideyaların reallaşmasının qarşısını aldı. Bu işğal Azərbaycan üçün Qarabağ problemi yaratdı. Bu problem sonralar daha da böyüdü.

Ermənilərin əli ilə azərbaycanlılar indiki Ermənistan ərazisindən, öz yurdlarından didərgin salınıb. Sonuncu belə bir cinayət 1988-1990-cı illərdə baş verib. Həmin dövrdə 300 min azərbaycanlı Qərbi Azərbaycan torpaqlarından qovulub.

Sovetlərin tərkibində olan Azərbaycanın ordusu olmadığından soydaşlarını və vətəndaşlarını müdafiə edə bilmədi. SSRİ-yə olunan ümidlər isə özünü doğrultmadı.

O, 1918-1920-ci illərdə erməni-daşnak silahlı qruplaşmasına, onların havadarlarına, o cümlədən Fransa, Rusiya və İngiltərənin Cənubi Qafqazdakı silahlı birləşmələrinə qarşı mübarizə aparıb. Onların sayəsində Azərbaycan İrəvan xanlığını, bir sözlə indiki Ermənistan adlanan ərazisini itirib.

Onlardan biri də Azərbaycanın Qarabağ və ətraf bölgələrini sovet rəhbərliyinin dəstəyi ilə ermənilərin işğal etməsidir. Bu işğal 30 ilədək davam etdi. Ermənilər havadarları ilə birlikdə Azərbaycanda çoxsaylı qanlı cinayətlər, soyqırımılar törədib.

Azərbaycan ordusu döyüşlərdə formalaşan silahlı qüvvədir.


SSRİ dağılan ərəfədə ermənilər yaranmış vəziyyətdən istifadə edərək, Azərbaycanın yeni ərazilərini ələ keçirməyə başladı. Həmin illərdə torpaqları erməni-rus hərbçilərinin təcavüzündən qorumaq üçün könüllü silahlı dəstələr, tağımlar yaradıldı. 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi, oktyabrın 9-da isə qarşıdakı üç ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edilib. 1998-ci il mayın 22-də mərhum Prezident Heydər Əliyevin uyğun fərmanı ilə iyunun 26-sı Silahlı Qüvvələr günü elan edilib.

Bununla da Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunmasının yeni mərhələsi başlayıb.

Müstəqilliyin bərpası ilə yanaşı, ordu quruculuğu da davam edib. Xarici havadarları Azərbaycan torpaqlarının işğal altında saxlanılması, fürsət düşdükdə isə onların Ermənistana verilməsi üçün status-kvonun qalmasına çalışıb. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, ATƏT-in Minsk Qrupu və həmsədrləri Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsinə yardım edə bilmədi. Beynəlxalq vasitəçi rolunda çıxış edənlər erməni mifi yaratmaqla Azərbaycanı təslimçi sülhə, ərazi itkisi ilə razılaşdırmağa çalışırdı. Ancaq Azərbaycan ordusunun güclənməsi, rəsmi Bakının təmkini və beynəlxalq şəraitin yaranacağı zamanı gözləməsi bu mifləri, təslimçi təklifləri darmadağın edib.

Bu şərəfli işin öhdəsindən Azərbaycan Silahlı Qüvvələri gəldi. Azərbaycan ordusu, Ali Baş Komandan İlham Əliyev və vətəndaşların birliyi beynəlxalq hüququn pozulmasının qarşısını aldı.

Azərbaycan Silahlı Qüvvələri milli dövlətçiliyin yaşıdıdır. Onun tarixində ilk dəfədir torpaqlar separatçılardan, xarici qüvvələr üçün ölkədə iğtişaş yaratmağa səbəb ola biləcək amillərdən azaddır. 106 ildən sonra Silahlı qüvvələrin keçirdiyi əməliyyatlar nəticəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi təmin olunub.

Azərbaycan Silahlı Qüvvələri müasir avadanlıqlarla təchiz və təmin olunub. O, Qarabağ və ətraf rayonların işğalçılardan azad edilməsi əməliyyatında yüksək döyüş qabiliyyətinə malik olduğunu bütün dünyaya nümayiş etdirib. 44 günlük müharibə zamanı bölgədə bir mülkü obyektə ziyan vurmayıb, bir mülki şəxs belə ölməyib. Bu, onun müasir texnika ilə davranmaq bacarığının yüksək səviyyədə olduğuna sübutdur.


Azərbaycan Silahlı Qüvvələri sülhməramlı qüvvə kimi bir çox ölkələrdəki münaqişə bölgəsində xidmət edir. Azərbaycan 2002-ci ilin noyabrında NATO Parlament Assambleyasının qərarı ilə assosiativ üzv olub. 2004-cü ilin martında NATO Əməliyyat İmkanları Konsepsiyasına qoşulub.

İlham Əliyevin səlahiyyətləri dövründə NATO ilə Azərbaycan arasında əməkdaşlıq genişləndirilib.

106 il öncə olduğu kimi bu gün də Türkiyə ilə Azərbaycan hərbi əməkdaşlıq sahəsində birgə fəaliyyət göstərir. Şuşa Bəyannaməsi onların bu istiqamətdə əməkdaşlığını gücləndirir. Azərbaycan Ordusu dünyanın hərb tarixinə qələbə qazanmış silahlı qüvvə olaraq düşüb. Qalib Azərbaycan silahlı qüvvələri, bayramınız mübarək!

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məhkəmə Xoşqədəmlə bağlı qərar çıxardı
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu