Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113107
az

Çaylarda suyun səviyyəsi izlənilir

12:1226 İyun, 2024
112
CƏMİYYƏT
  • A

Milli Hidrometeorologiya Xidmətinin iyunun 26-si saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Böyük Qafqazın ərazisindən axan Qaraçayda suyun səviyyəsi 13 sm, Katexçayda 12 sm, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayda 27 sm, Əsrikçayda 8 sm, Şəmkirçayda 4 sm artıb. 
 
Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, iyunun 26-da səhər saat 8:00-8:30 radələrində yağan leysan yağış nəticəsində Qax rayonu ərazisindən axan Kürmükçaydan, Qəbələ rayonu ərazisindən axan Dəmiraparançaydan və Şəki rayonu ərazisindən axan Kişçaydan sel keçib və hazırda davam edir. 

"Avtomat stansiyalar vasitəsilə çaylarda suyun səviyyəsi mütəmadi izlənilir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Güclü zəlzələ Türkiyəni SİLKƏLƏDİ
Müdafiə naziri türkiyəli həmkarına başsağlığı verdi
Sabiq ədliyyə naziri KOMAYA DÜŞDÜ -FOTO