Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113089
az

Diş çıxaran dərman bu tarixdə satışa çıxarılacaq

09:2626 İyun, 2024
114
CƏMİYYƏT
  • A

Yapon tədqiqatçıları tərəfindən hazırlanan diş çıxaran dərmanın bazara çıxarılacağı tarix açıqlanıb.

OXU24.COM “The İndependent” nəşrinə istinadla xəbər verir ki, Osakadakı Kitano Xəstəxanasının Tibbi Tədqiqat İnstitutunun üzvü Katsu Takahashi və komandası tərəfindən hazırlanmış dərmanın 2030-cu ildə insanlar üçün əlçatan olması planlaşdırılır.

K.Takahashi və komandasının mayın 2-də Kyoto Universitet Xəstəxanasında verdiyi açıqlamada dərmanın insanlar üzərində sınaqlarının sentyabrda başlayacağı qeyd edilib. Bildiriblər ki, analizlər problemsiz keçərsə, dərman ilkin olaraq yalnız anadangəlmə diş çatışmazlığından əziyyət çəkən xəstələrə veriləcək:

“Bu pozğunluq nəticəsində bəzi insanlar dişlərinin bir hissəsini itirərək doğulur. Bu diş çatışmazlığı çənə inkişafına və yemək vərdişlərinə mənfi təsir göstərir”.

Açıqlamada sentyabr ayında başlayacaq dərman testlərinin 2025-ci ilin avqust ayına qədər davam etməsinin gözlənildiyi bildirilib. Bu təcrübələrdə ən azı arxa dişlərindən biri əskik olan 30-64 yaşlı 30 kişi iştirak edəcək. Həmin dərmanın dişlərin inkişafına necə töhfə verəcəyi müşahidə ediləcək. Heyvan tədqiqatlarında bu günə qədər heç bir mənfi təsir aşkar olunmayıb. Tədqiqatçılar böyüklər üzərində apardıqları təcrübələrdən sonra dərmanı dörd və ya daha çox dişləri əskik olan 2-7 yaşlı uşaqlarda sınaqdan keçirəcəklər. 2023-cü ildə hazırlanmış dərman sümük inkişafına imkan verən zülalları bloklayan “USAG-1” molekuluna təsir edərək işləyir. Müvafiq olaraq dərman bu molekulun təsirlərini boğaraq dişlərin əmələ gəlməsini mümkün edir. Siçanlar və itlər üzərində aparılan araşdırmalarda alimlər dərman sayəsində dişlərin yenidən inkişafını müşahidə ediblər.

K.Takahashi açıqlamasında əlavə edib: “Biz istəyirik ki, dərman protez və implant kimi mövcud müalicələrdən sonra üçüncü variantı təmin etsin”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həkim uşaqların soyuqdəyməsindən danışdı: "Əslində, soyuq hava xəstələndirmir"
Qəhvə beyinə necə təsir edir? - Maraqlı araşdırma
Bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olan şikayətlərə baxılıb

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi